Müdafiə Sənayesi Nazirliyi (MSN) bu gün Şirvan şəhərində "Telemexanika" zavodunda baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb. Müdafiə Sənayesi Nazirliyi (MSN) bu gün Şirvan şəhərində "Telemexanika" zavodunda baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.

MSN partlayışla bağlı məlumat yaydı - Sıçrayış olub

Müdafiə Sənayesi Nazirliyi (MSN) bu gün Şirvan şəhərində "Telemexanika" zavodunda baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb.


MSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.