Bu gün səhər xəbər yayılıb ki, xanım Qarabağ qazisi Nərminə Abbasquliyeva dünyasını dəyişib. Bu gün səhər xəbər yayılıb ki, xanım Qarabağ qazisi Nərminə Abbasquliyeva dünyasını dəyişib.

Xanım Qarabağ qazisinin ölüm xəbəri yalan çıxdı

Bu gün səhər xəbər yayılıb ki, xanım Qarabağ qazisi Nərminə Abbasquliyeva dünyasını dəyişib.


AzNews.az xəbər verir ki, QAZİLER.AZ bununla bağlı araşdırma aparıb. Bəlli olub ki, xəbər yalandır. Xanım qazinin ailəsindən bildiriblər ki, kimsə facebook sosial şəbəkəsində yalnış məlumat yayıb.

Xatırladaq ki, Nərminə Abbasquliyeva 1968-cı il fevralın 23-də Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. Sonralar ailəsi ilə Bakı şəhərinə köçüb. Nərminə xanım Xırdalanda boya-başa çatıb. 2 saylı orta məktəbi bitirdikdən sonra tibb texnikumunda təhsil alıb. Şəfqət bacısı idi. Təhsilini başa vurduqdan sonra bir müddət uşaq xəstəxanasında işləyib. Qarabağ müharibəsi qazisidir (əlili). Bir övladı var.
image description