Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib. Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib.

ABŞ səfirinin iqamətgahında iftar mərasimi

Bu gün ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib.




AzNews.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, mərasimdə ölkədə akkreditə olunmuş səfirlər, dini liderlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan səfir Robert Sekuta qonaqları salamlayib: "Hörmətli qonaqlar, dini xadimlər, hökumət nümayəndələri dəvəti qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm. ABŞ səfirliyinin hər il təşkil etdiyi iftar süfrəsi bizi yalnız Azərbaycandakı müsəlmanlarla deyil, həmçinin dünyadakı 1.5 mlrd müsəlmanla birləşdirir".

Səfir bildirib ki, olkəyə gələrkən Azərbaycanın bir sıra xüsusiyyətləri ilə tanış olub, bunlardan biri də tolerantlıq və müxtəlif dinlərə mənsub insanların bir yerdə və qarşılıqlı hormətlə yaşamasının qədim tarixə malik olmasıdır".

Daha sonra tədbirdə Qafqaz Müsəlmanları Idarəsinin sədr müavini Hacı Fuad çıxış edib.

Hacı Fuad qonaqları və dünya müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edib.