Bu gün Ramazan ayının 29-cu günüdür. Bu gün Ramazan ayının 29-cu günüdür.

Ramazan ayının 29-cu günü: İmsak və iftar

Bu gün Ramazan ayının 29-cu günüdür.


QMİ-nin Şamaxı Rəsədxanasına istinadən tərtib etdiyi cədvələ əsasən, imsak Bakı saatı ilə 04:56-da bitir. İftar isə saat 21:26-dadır

"Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla".

Ramazan ayının 29-cu gününün duası:

"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!".

("Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin").

P.S Cədvəllərdə olan fərqliliklərə görə oruc tutanların hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməsi məsləhətdir.