Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Cəlilabad şəhərində “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda tədbir keçirib. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Cəlilabad şəhərində “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda tədbir keçirib.

İntetnetdə xəbər yayan vətəndaş və qurumlar – Günün problemi

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Cəlilabad şəhərində “İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementidir” mövzusunda tədbir keçirib.


AzNews.az Azadinform-a istinadən xəbər verir ki, "Yeni Gün" qəzetinin konfrans zalında keçirilən tədbirə Cənub bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, yerli internet fəalları və QHT-lərin təmsilçiləri qatılıblar.
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm elementi kimi" adlı layihə çərçivəsində baş tutub. Layihənin icraçısı Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyidir (MİTD İB).

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd internet üzərindən xəbər yayan informasiya istehsalçılarında və ümumilikdə internet istifadəçilərində yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət barədə maarifləndirmə işi aparmaq olub: "İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Mingəçevirdə keçirdiyimiz tədbirdə internet üzərindən informasiya yayan vətəndaşların və qurumların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik".

Tədbirdə çıxış edən Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, "Yeni Gün" qəzetinin baş redaktoru Böyükxan Bağırlı və digərləri internet üzərindən yayılan informasiyaların yaratdığı hüquqi məsuliyyət mövzusunda tədbirlərin xüsusən sərhədboyu bölgələrdə keçirilməsinə zərurət olduğunu bildiriblər.