Monitorinqin nəticələri bunu deməyə əsas verir Monitorinqin nəticələri bunu deməyə əsas verir

Telekanallarda dili bilmirlər

Monitorinqin nəticələri bunu deməyə əsas verir



Milli Televiziya və Radio Şurası 2012-ci ilin avqust -sentyabr aylarında telekanallarda ədəbi dil normalarına riayət edilməsi sahəsində apardığı monitorinqin nəticələrini açıqlayıb. AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri ilə birgə aparılan monitorinq ANS, ATV, Lider, Space, Xəzər telekanallarını əhatə edib. Mütəxəssislər fonetik səhvlər, orfoqrafik qaydaların pozulması, vurğuların düzgün qoyulmaması və ləhcələrdən istifadə, həmçinin qrammatik, leksikoloji səhvlər aşkarlayıblar.

Daha çox xarici sözlərin işlənməsi halları qeydə alınıb. İnformasiya, musiqili- əyləncəli verilişlər, şou və tok-şoular, dublyajlar izlənilib. Xəzər televiziyasının "Xəbərlər" informasiya proqramında kifayət qədər orfoqrafik səhvlər aşkarlanıb, sözlərin düzgün yazılmaması, durğu işarələrinin qoyulmamasına rast gəlinib.

Lider TV-nin "Xəbərlər"inin dili isə qənaətbəxş olub. "Space"nin aparıcıları ədəbi dil normalarına riayət etsələr də, istisnalar da olub. ANS TV-nin aparıcıları fərqli danışıq tərzi ilə seçilib. Bu kanalda daim rus ləhcəsi və bölgələrin ləhcələrindən istifadə diqqəti çəkib. ATV-də isə informasiya verilişlərinin dili qənaətbəxş olub.

Bahar Rüstəmli
AzNews.az