AMEA-dan Rəhim Rəhimliyə ciddi irad

"Azərbaycan telekanallarında yayımlanan şou-biznes və əyləncəli proqramlarda aparıcılar ədəbi dilin normalarını kobud şəkildə pozur". Bunu Milli Teleradio Şurasi ilə birlikdə keçirilən monitorinqin nəticələrinə həsr edilən toplantıda AMEA-nın Dilçilik İnstitutunun elmi işçisi Aytən Hüseynova bildirib.

Onun sözlərinə görə, Lider TV-də yayımlanan "Qızıl pillə", Space TV-də yayımlanan "Bazar" verilişlərində aparıcılar rus sözlərindən daha çox istifadə edirlər: "Rəhim Rəhimli isə aparıcısı olduğu və Lider TV-də yayımlanan "Oyna, dostum" adlı bir verilişdə 12 dəfə "molades" sözü işlədib".

Bahar Rüstəmli
AzNews.az