- Köhnə - Cəmiyyət
- 28 İyul 2015 18:51
- 3 851
AzTV işdən çıxardığı əməkdaşla bağlı məlumat yaydı - Müqaviləsi bitib
Azərbaycan Teleradio Verilişləri QSC İctimai-Siyasi Proqramlar Baş Redaksiyasının əməkdaşı Ağanisə Sultanovanın işdən çıxarılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
QSC-nin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, 2015-ci il iyulun 31-də AzTV-nin bəzi əməkdaşlarının, o cümlədən Ağanisə Sultanovanın əmək müqaviləsinin müddəti başa catır. Buna görə də, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, onların əmək müqaviləsinə xitam verilib.Qeyd edək ki, mətbuatda yayılan xəbərlərdə bildirilirdi ki, A.Sultanovanın işdən çıxarılmasına səbəb AzTV-nin sədri Arif Alışanovla aralarında baş verən narazılıq olub
A.Sultanova isə işdən çıxarılmasının tam qanunsuz və qərəzli olduğunu bildirmişdi.