Azərbaycanda isti, günəşli hava şəraitinin avqustun 5-dək davam edəcəyi gözlənilir. Azərbaycanda isti, günəşli hava şəraitinin avqustun 5-dək davam edəcəyi gözlənilir.

Azərbaycanda 42 dərəcə isti olacaq - Proqnoz

Azərbaycanda isti, günəşli hava şəraitinin avqustun 5-dək davam edəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 34-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.