- Köhnə - Cəmiyyət
- 19 Avqust 2015 22:05
- 2 560
Gəlinlər nişan üzüklərini virtual taxıb baxa biləcəklər - Yenilik

“Tiffany & Co.” zərgərlik şirkəti “Engagement Ring Finder” - nişan üzüklərinin seçimi proqramına yenilik əlavə edib. Proqramı “AppStore”-dan yükləmək və bütün smartfonlarda, həmçinin ıPhone6 və iPhone 6 Plus-da, eləcə də iOS və Android platformalı planşetlərdə işlətmək olacaq.
AzNews.az Trend-ə istinadən məlumat verir.
Yenilənmiş proqramda qızlar üzüklərin barmaqlarında necə göründüyünə baxa bilər, əllərinin şəklini çəkib dostlarına, nişanlılarına göndərə bilərlər.
Proqramda həmçinin "Tiffany & Co." şirkətinin saytına keçid var. Burada yeni kolleksiya ilə tanış olmaq olar.
1837-ci ildə təsis olunan "Tiffany & Co." şirkəti zinət əşyalarının istehsalı üzrə dünya liderlərindən biridir. "Tiffany" brendi altında bütün dünya üzrə təqribən 250 mağaza fəaliyyət göstərir.