ABŞ-da “Azərbaycanlı gənclər həftəsi“ keçiriləcək

Yaxın gələcəkdə ABŞ-da "Azərbaycanlı gənclər həftəsi" keçiriləcək.
Bu barədə AzNews.az-a "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyinin sədri Vüqar Əhmədov bildirib.

Onun sözlərinə, bununla bağlı silsilə tədbirlər planlaşdırılır. "Azərbaycanlı gənclər həftəsi" ərzində Amerikada Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti təbliğ olunacaq. Proqrama əsasən, tədbirlərin Vaşinqton, Nyu-york və digər böyük şəhərlərdə keçirilməsi gözlənilir.

Tədbirlərdə Azərbaycan və ABŞ rəsmiləri ilə yanaşı, ABŞ-da yaşayan Azərbaycan diaspor nümayəndələri və Ameikada təhsil alan azərbaycanlı tələbələr iştirak edəcəklər.

Birlik sədri həmçinin bildirdi ki, işlərin gedişatından asılı olaraq "Azərbaycanlı gənclər həftəsi"nin bu ilin sonu və ya 2013-cü ilin əvvəllində keçirilməsi nəzərdə tutulur.

AzNews.az