Tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Sənədlərini seçki komissiyasına təqdim edib. Tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Sənədlərini seçki komissiyasına təqdim edib.

Şair Vüqar Əhməd də deputatlığa namizəd oldu

Tanınmış şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Sənədlərini seçki komissiyasına təqdim edib.

Bu haqda AzNews.az-a şairin özü məlumat verib. Onun sözlərinə görə, Sabunçu, Pirşağı, Ramana, Kürdəxanı,Balaxanı,Zabrat(bir hissəsi) ərazisindən olan əhalinin bir qismi şairin namizədliyinin irəli sürülməsi barədə təşəbbüsü ondan xahiş ediblər.

Vüqar Əhməd deyib ki, əhalinin onu deputat görmək istəyib-istəməməsi onun üçün həddindən artıq vacibdir. Uzun müddət dövlət və özəl telekanallarda, AMEA-da məsul vəzifələrdə çalışan Vüqar Əhməd həm bir alim, şair, jurnalist, həm də vətəndaş kimi namizədliyini irəli sürəcək dairənin sosial problemlərindən xəbərdar olduğunu deyir: "İndiyə qədər xalqıma, dövlətimə xidmət eləmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq".