Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti, mərhum sənətkar İlham Əsgərovun vida mərasiminin Akademik Milli Dram Teatrında keçirilməməsi məsələsindən xəbərsizdir. Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti, mərhum sənətkar İlham Əsgərovun vida mərasiminin Akademik Milli Dram Teatrında keçirilməməsi məsələsindən xəbərsizdir.

Nazirlik xalq artistinin vida mərasimindən xəbərsizdir - Açıqlama

Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti, mərhum sənətkar İlham Əsgərovun vida mərasiminin Akademik Milli Dram Teatrında keçirilməməsi məsələsindən xəbərsizdir.


Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov AzNews.az-a açıqlamasında bildirib ki, bu barədə heç bir məlumata malik deyil: "Bu barədə məndə heç bir məlumat yoxdur. İki saata məlumat verərəm".

Qeyd edək ki, İ.Əsgərovun meyitinin Masallı rayonuna aparılması üçün ailəsi hazırlıq işlərinə başlayıb.

Bahar RÜSTƏMLİ