Xalq artisti, tanınmış kamança ifaçısı, mərhum sənətkar Habil Əliyev Birinci Fəxri Xiyabanda dəfn olunacaq. Xalq artisti, tanınmış kamança ifaçısı, mərhum sənətkar Habil Əliyev Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Habil Əliyevin vida və dəfn yeri - Həyat yoldaşından açıqlama

Xalq artisti, tanınmış kamança ifaçısı, mərhum sənətkar Habil Əliyev Birinci Fəxri Xiyabanda dəfn olunacaq.


Bu barədə AzNews.az-a mərhum sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, mərhumla vida mərasimi Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək: "Vida mərasimi saat 10-da başlayacaq".

S.Əliyeva qeyd edib ki, mərasim saat 13-00-da I Fəxri Xiyabanda davam edəcək.

Xatırladaq ki, H.Əliyev sentyabrın 8-də dünyasını dəyişib. O, uzun zamandır ki, ürək-tənəffüs xəstəliyindən əziyyət çəkirdi.

Bahar RÜSTƏMLİ
AzNews.az