1463 müraciət gəldi

Bu ilin iyul-sentyabr ayları ərzində Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə 1463 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərin 700-ü şikayət, 293-ü sorğu xarakterli, 410-u isə cari problemlərlə bağlı olub, 60 müraciət aidiyyəti üzrə olmayıb.

Məlumatda bildirilir ki, "Qaynar xətt"ə daxil olmuş bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

AzNews.az