Həccə gedənlərin səhhətində problemlər var

Hazırda Həcc ziyarətində olan azərbaycanlı zəvvarlardan bir neçəsinin səhhətində kiçik problemlər yaranıb. Bu barədə APA-ya zəvvarlardan biri məlumat verib.

O, zəvvarların səhhətində problem yaranmasını iqlimi dəyişməsi ilə izah edib: "Bir neçə nəfərdə soyuqdəymə, qan təzyiqi halları qeydə alınıb. Amma şükür Allaha ki, zəvvarların səhhətində ciddi problem yoxdur".

Qeyd edək ki, Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarlardan biri, 1947-ci il təvəllüdlü Bakı sakini Hidayətova Raziyə ziyarət zamanı dünyasını dəyişib. Zəvvar xanım ürək çatışmazlığından keçinib. Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunub.

R. Hidayətova Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının baş həkiminin müavini vəzifəsində çalışıb.

AzNews.az