Bir-neçə küçənin kəsişməsində hərəkət məhdudlaşdırılır

Bu gün Binəqədi rayonunda bir-neçə küçənin kəsişməsində aparılan təmir-tikinti işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.


"Azəryolservis" ASC-dən AzNews.az-a verilən məlumata görəSöhbət Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələrindən, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsilərindən gedir.

Sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin çəkilməsi işləri həyata keçiriləcək. İşlərin səhər saat 10:00-dan başlanılması və günorta saatlarında yekunlaşdırılması nəzərdə tutulub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyyə edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər uğurla, yüksək keyfiyyətlə davam etdirilir.