- Köhnə - Cəmiyyət
- 4 Noyabr 2015 12:58
- 4 378
Yeni il gecəsi bütün süfrələr dolu olsun – Sosial layihə
“Happy Hearts Baku” sosial layihəsi yeni il öncəsi aztəminatlı ailələrə yardım məqsədi ilə yeni aksiyaya başlayıb.
AzNews.az xəbər verir ki, noyabr ayının 4-dən etibarən başlayan aksiya dekabr ayının 25-nə kimi davam edəcək. Aksiya ərəfəsində bütün toplanılan məbləğlər ailələrin ehtiyacı üçün xərclənəcək. Layihənin təşkilatçılarından olan Şəfiqə Fərzəliyeva yeni il gecəsi bütün ailələrin süfrəsini dolu görmək üçün bu addımı atdıqlarını deyib: "Biz yeni il gecəsi bir çox ailələrin süfrəsin dolu görmək istəyirik. Onları sevindirmək sizin əlinizdədir. Ailələrə baş çəkildikdən sonra alınan bütün vəsaitlərin hesabatı ilə şəkilləri "Facebook" (Happy Hearts Baku) və İnstagram səhifəmizdə (@happyheartsbaku) paylaşılacaq".
Əlavə məlumat üçün +99455-278-35-12 nömrələri ilə əlaqə saxlaya bilərsiniz