Bakının mərkəzində polis huşunu itirmiş bacısına kömək etmək istəyən qıza mane olub. Bakının mərkəzində polis huşunu itirmiş bacısına kömək etmək istəyən qıza mane olub.

Polis huşunu itirmiş bacısına kömək etmək istəyən qızı tutdu - Bakıda

Bakının mərkəzində polis huşunu itirmiş bacısına kömək etmək istəyən qıza mane olub.


AzNews.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Səməd Vurğun adına bağda baş verib.

Huşunu itirərək yerə yıxılan və ona kömək etməyə cəhd göstərən bacıların başına xeyli adam toplaşıb. Onlardan ayaqda olanı yıxılan bacısını qaldıraraq taksiyə mindirib, evə aparmaq istəyib.

Amma hadisə yerinə gələn polislər ondan tələb ediblər ki, kənara çəkilsin və təcili yardım çağırsın. Qız isə bacısını tək buraxmayacağını deyib və onlarla mübahisə edib.

Polislər isə öz növbəsində onlarla insanın gözü qarşısında onu təhqir edərək, zorla xidməti maşına mindirib oradan uzaqlaşıblar.

Huşunu itirən bacı isə təcili yardım gözləyən insanların gözü önündə soyuq torpağın üstündə qalıb.