“Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək”. “Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək”.

Bakı metrosu 1 saat artıq işləyəcək

“Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək”.


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, "Qarabağ" klubu bununla bağlı quruma müraciət edib: "Metropoliten rəhbərliyi klubun bu müraciətinə müsbət cavab verib. Qərara alınıb ki, azarkeşlərin evlərinə getmələrini təmin etmək üçün metropoliten 1 saat artıq işləsin. Çalışacağıq ki, bütün azarkeşlər metrodan istifadə edə bilsin".

Qurumdan bildirilib ki, ehtiyac olacağı təqdirdə bu müddətin daha da uzadıla bilər.

Qeyd edək ki, noyabrın 26 saat 22:00-da "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Totenhem" klubu ilə qarşılaşacaq.