Sabah Azərbaycanda havanın maksimal temperaturu 18 dərəcə isti olacaq. Sabah Azərbaycanda havanın maksimal temperaturu 18 dərəcə isti olacaq.

18 dərəcə isti və zəif duman olacaq

Sabah Azərbaycanda havanın maksimal temperaturu 18 dərəcə isti olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, noyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.