- Köhnə - Cəmiyyət
- 25 Noyabr 2015 15:54
- 4 995
Xaləddin İsgəndərov restoranını satışa çıxardı - Fotolar
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova məxsus restoranın satışa çıxarılması barədə məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, restoran yeni avtovağzal ilə üzbəüz 10 sot torpağın içində tikilib. Obyekt xüsusi zövq və dizaynla təmir olunub və ümumi sahəsi 700 kvadrat metrdir. Restoranın 3 böyük zalı, 3 kabineti, həyətdə 4 kabineti və açıq verandası var.Restoranın satışa çıxarılması ilə bağlı elan daşınmaz əmlakın alqı-satqısı üzrə ixtisaslaşan shop.az saytında yerləşdirilib.
Musavat.com