Vergilər Nazirliyi aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinə nəzarətlə bağlı reydlər keçirib. Nəticədə isə bir sıra qanun pozuntuları aşkarlanıb. Vergilər Nazirliyi aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinə nəzarətlə bağlı reydlər keçirib. Nəticədə isə bir sıra qanun pozuntuları aşkarlanıb.

Nazirlik obyektləri - Cərimələdi

Vergilər Nazirliyi aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinə nəzarətlə bağlı reydlər keçirib. Nəticədə isə bir sıra qanun pozuntuları aşkarlanıb.


Vergilər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, 2016-cı ilin 6-8 yanvar tarixlərində aksizli malların dövriyyəsinin tənzimlənməsi qaydalarına əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə, nazirlik tərəfindən Bakı şəhəri də daxil olmaqla, bütün rayon və şəhərlərdə vergi nəzarəti tədbirləri keçirilib.

Nəzarət zamanı ümumilikdə 145 vergi ödəyicisində, o cümlədən, "Ameqo" MMC topdan satış bazası, "Sonalar Sonası" şadlıq evi, "Favorit" marketdə bir sıra qanun pozuntuları aşkar edilib.

47 vergi ödəyicisi üzrə mal qalığının yoxlanılması zamanı 234 752,8 manat dəyərində 57 542 ədəd alkoqollu içkilər və tütün məmulatlarının əldə edilməsini (alınmasını) və dəyərinin nağdsız qaydada ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmadığından, onlar götürülərək, məsul saxlamaya verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 68 a ünvanında yerləşən "NAİQİN-K TOVUZ BALTİYA" MMC-yə məxsus "Tovuz KonyaK" evində əməliyyat tədbiri keçirilərək, nəzarət qaydasına alınmış, külli miqdarda spirtli içkilərin nağd qaydada satışının həyata keçirildiyi müəyyən edildiyindən və toplanmış materialda Azərbaycan Respublikası CM-nin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan məsələ ilə bağlı 06.01.2016-cı il tarixdə cinayət işi başlanıb.