2015-ci ilin dekabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb. 2015-ci ilin dekabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb.

Bahalaşan kənd təsərrüfatı məhsulları - Siyahı

2015-ci ilin dekabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb.

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından xurmanın və kələmin istehsalçı qiymətləri ucuzlaşmış, narın, heyvanın, xiyarın, şabalıdın, qozun, fındığın, armudun, almanın, pomidorun, sarımsağın, soğanın, quru otun isə istehsalçı qiymətləri bahalaşıb. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Heyvandarlıq məhsullarından südün və yumurtanın istehsalçı qiymətləri bahalaşıb, ev quşlarının, mal və qoyun ətinin isə istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.