"Yanvar ayının 14-də bəzi kütləvi informasiya vasitələrində Bakı şəhərində yerləşən mağazalardan birinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun xanımı Minayə İbrahimovaya məxsus olduğu barədə yayılan məlumatlar əsassızdır". "Yanvar ayının 14-də bəzi kütləvi informasiya vasitələrində Bakı şəhərində yerləşən mağazalardan birinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun xanımı Minayə İbrahimovaya məxsus olduğu barədə yayılan məlumatlar əsassızdır".

Nazim İbrahimovun xanımının mağazası ilə bağlı - Açıqlama

"Yanvar ayının 14-də bəzi kütləvi informasiya vasitələrində Bakı şəhərində yerləşən mağazalardan birinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun xanımı Minayə İbrahimovaya məxsus olduğu barədə yayılan məlumatlar əsassızdır".


Bu barədə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun ailə üzvlərindən biri məlumat bildirib.

O qeyd edib ki, həmin informasiya tamamilə uydurmadır və heç bir fakta söykənmir: "Qeyd olunan məlumatlarda adıçəkilən mağazalar şəbəkəsinin Nazim İbrahimovun ail üzvlərindən heç birinə qətiyyən aidiyyatı yoxdur".

Qeyd edək ki, bəzi saytların yazdığına görə, Bakı Metropoliteninin "Sahil" stansiyasının yaxınlığında yerləşən brend geyim mağazası olan "VBC"nin qapıları bağlanıb və üzərinə "İcarəyə verilir" sözləri yazılıb. Həmin xəbərlərdə geyim mağazasının Nazim İbrahimovun həyat yoldaşı Minayə İbrahimovaya məxsus olduğu iddia edilib.

Report.az