Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında Fərman imzalayıb. Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında Fərman imzalayıb.

Prezident sosial müavinətlərin məbləğini artırdı

Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında Fərman imzalayıb.


AzNews.az xəbər verir ki, Fərmanda deyilir:

1. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251) ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.