Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə nəzarət tədbirlərini gücləndirir. Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə nəzarət tədbirlərini gücləndirir.

Alı Alıyev məcburi köçkünlərlə görüşdü - Fotolar

Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə rayon İcra Hakimiyyəti aiddiyyati qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni mal qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə nəzarət tədbirlərini gücləndirir.

AzNews.az-ın xəbərinə görə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti dəfə bazar günü məcburi köçkünlərin sıx məskunlaşdıqları Zobucuq qəsəbərində, Alıxanlı və Kürdmahmudlu kəndlərində olub, vətəndaşlarla görüşüb, onlarla söhbət edib, problem və qayğılarını dinləyib. Əvvəlcədən planlaşdırılmayan görüşdə sakinlərinin problemləri dinlənilib, onları narahat edən məsələlər vətəndaşlarla birgə müzakirə olunub, mövcud nöqsan və çatışmazlıqların həll olunmasına çalışılıb.

Alı Alıyev aidiyyəti qurumların nümayəndələri ilə birgə məcburi köçkünlərin sıx məskunlaşdıqları Zobucuq qəsəbələrində, Alıxanlı və Kürdmahmudlu kəndlərində topdan və pərakəndə satış mərkəzlərində də olub, alıcı və satıcılarla söhbət edib, ərzaq məhsullarının, çörəyin və unun qiyməti ilə maraqlanıb.

Alı Alıyev dünyada baş verən iqtisadi proseslərin Azərbaycandan da yan keçmədiyini, ona görə də ölkəyə xaricdən idxal olunan bəzi ərzaq və digər məhsulların qiymətlərinin artdığını qeyd edib.