Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev 3 gündür itkin düşüb. Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev 3 gündür itkin düşüb.

İTV-nin əməkdaşı itkin düşdü - Foto + Yenilənib

Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev 3 gündür itkin düşüb.

AzNews.az xəbər verir ki, barədə report.az-a rejissorun qızı Səadət Əliyeva məlumat verib.

Onun sözlərinə görə, qardaşı Rəşad Əliyev yanvarın 25-i səhər saat 8.35-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb: "Qardaşımın işlədiyi yerdən verilən məlumata görə o, heç işdə də olmayıb. Qardaşımı tapan, yaxud yerini deyən şəxs mükafatlandırılacaq".

Rəşad Əliyev 1973-cü il dekabrın 13-ə anadan olub. Evdən çıxanda əynində qara dəri gödəkçə, başında tünd boz yun kepka, əynində boz boğazlı qalın köynək, tünd göy rəngdə göy cins şalvar, gözündə optik eynək olub. R.Əliyev orta çəkildir, boyu 175 sm-dir.

R.Əliyevi görənlər, yaxud onun yerini bilən şəxslərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

(050) 263-36-22
(077) 540-62-82.



17:37
***


Rəşad Əliyevin həyat yoldaşı İlhahə Əliyeva APA-ya açıqlamasında hadisə barədə danışıb. Bildirib ki, R. Əliyev yanvarın 25-də səhər saatlarında evdən çıxıb, geri qayıtmayıb: "Telefonu söndürülüb, heç bir xəbər yoxdur. İş yeri ilə əlaqə saxlamışıq, deyiblər, işə də gəlmir. Polisə məlumat vermişik, axtarış aparılır. Sabah cinayət işinin başlanması gözlənilir".

İ. Əliyeva əlavə edib ki, R. Əliyevlə bağlı buna oxşar narahatlıq olmayıb: "Biz 12 ildir, ailəliyik, indiyədək buna oxşar hadisə olmayıb. Atası da ağır xəstədir, ondan gizlədirik ki, vəziyyəti daha da pisləşməsin. Rəşad axır vaxtlar fikirli olurdu, amma ünsiyyətə açıq olmadığı üçün nə problemi olduğunu demirdi".

Qeyd edək ki, R. Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır.