Həkimlər “doğum ləkəsi” diaqnozu qoysa da 1 il sonra ləkənin əsil səbəbi məlum olub. Həkimlər “doğum ləkəsi” diaqnozu qoysa da 1 il sonra ləkənin əsil səbəbi məlum olub.

Qırmızı ləkə Avropa həkimlərini girinc qoydu: Sən demə... - FOTOLAR

Həkimlər “doğum ləkəsi” diaqnozu qoysa da 1 il sonra ləkənin əsil səbəbi məlum olub.

İngiltərədə yaşayan ailənin kiçik oğlu Zayn Çaudrini qulağının arxasında çıxan qırmızı ləkədən sarı həkimə aparıblar. Həkimlər müayinədən sonra bunun doğum ləkəsi olduğunu bildirərək uşağı evə göndəriblər.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, ləkənin əsil səbəbi isə 1 il sonra məlum olub. Belə ki, ləkənin böyüdüyünü görən ailə, uşağı başqa bir xəstəxanaya aparıb. Orada uşağın müalicəsi çətin olan, nadir növdə dəri xərçənginə tutulduğu məlum olub.

Uşağa kimyaterapiya verilsə də, bir müddət sonra bədəni buna allergik reaksiya göstərib. Qaraciyəri çökəndən sonra ağciyərinə su dolmağa başlayıb. Həkimlər uşağın ölməyinə saatlar qaldığını desə də, körpə, möcüzə nəticəsində sağ qalıb. Bu xəstəliklə bağlı alternativ müalicə axtaran ailə, çarəni Hollandiyada tapıb. Bunun üçün sağlamlıq sığortalarına müraciət etsələr də, NHS müalicəyə 7 gün qalmış müraciəti rədd edib. Ailə yaxınlarından 53 min funt-sterlinq yığaraq Hollandiyaya gedib. Orada çətin əməliyyat keçirən körpənin bir qulağının içi tamamilə çıxarılıb və əzələləri yerinə tikilib.



Pərvanə AĞAZADƏ
AzNews.az