- Maraq dairəsi
- 25 Noyabr 2018 12:50
- 2 711
Hollivud ulduzları kimi görünməyin qızıl qaydaları

Bunun üçün nə etmək lazım olduğunu heç düşündünüzmü?
Bütün dünyanın bəyənərək izlədiyi və gözəlliklərinə heyran olduğu Hollivud ulduzları kimi parlaq bir dəriyə sahib olmaq bütün xanımların arzusudur. Bəs bunun üçün nə etmək lazım olduğunu heç düşündünüzmü?
İsveçin gözəllik texnologiyası markası olan Foreonun uzmanları bu cür gözəlliyə nail olmaq üçün 5 qızıl qaydanı sıralayıblar.
1. Dərinin dərindən təmizlənməsi
Qüsursuz bir üz dərisinə sahib olmanın ilk şərti dərindən təmizləmədir. Üz dərisinin gündəlik təmizlənməsi rutinini vərdiş halına gətirməklə məsamələrin azalmasına nail ola bilərsiniz. Məsamələrsiz təmiz və parlayan cildiniz sayəsində isə fövqəladə və təcili anlarda sadəcə dodaqlarınızı nəmləndirməklə Hollywood ulduzları kimi misilsiz görünə bilərsiniz.
2. Mimikalarınıza sərhəd qoymayın!
Bir çox qadınlar mimiklərin cilddə cizgilər, qırışlar yaratdığını düşünərək onları kontrol etməyə çalışırlar. Ancaq mimikləriniz sizi siz yapan özəlliklərinizdəndir. Odur ki, özgürcə gülün, ağlayın və ya qaşınızı çatın. Hollywoodun ən başarılı akryorları öz mimikalarını gizlətsəydilər ifadə etdikləri duyğuları bizlərə necə çatdırardılar? Sadəcə təmizlənmiş bir dəriyə nəmləndirici sürtməklə bir neçə dəqiqə ərzində ipək kimi yumşaq və parlaq bir dəriyə sahib olmaq mümkündür. Xüsusulə qış aylarında yetərincə nəmləndirilməmiş üz dəriniz quruyaraq deformasiyaya uğraya bilər. Gündəlik istifadə etdiyiniz nəmləndiricinizi çirkdən təmizlənmiş cildinizə zərif hərəkətlərlə hopdurun.
3. Susuz olmaz!
Vücudumuzun 50%-nin sudan ibarət olduğunu düşünsək, gündəlik su ehtiyacımızın nə qədər önəm daşıdığını təsəvvür edə bilərik. Susuz qalan cildiniz solar. Parlayan bir cild üçün su qabınızı əlinizdən yerə qoymayın!
4. Doğru qidalanın!
Doğru qidalanmaq sadəcə formada qalmağı təmin etmir. Bununla siz dərinizin daha gənc və parlaq görünməsinə nail ola bilərsiniz. Tərkibində C vitamini olan qidalar, yaşıl yarpaqlı tərəvəzlər və qırmızı rəngli meyvələrlə qidalanmaqla daha cazibədar və gözəl bir dəriyə sahib ola bilərsiniz.
Hazırladı: Aytən
AzNews.az