FTX-nin gizli sənədləri Hitlerin necə öldüyünü aşkara çıxardı

Adolf Hitlerin ölümü ilə bağlı bir çox nəzəriyyələr var.

Kimlərsə iddia edir ki, o intihar etməyib, qaçıb və öz əcəli ilə ölüb. Lakin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin arxivində onunla bağlı bütün məlumatlar saxlanılır.

Bu barədə “Politexpert.net” saytında yerləşdirilən məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, SSRİ Xalq daxili işlər komissarı Lavrenti Beriyaya göndərilən tamamilə gizli sənəddə Hitlerin və Göbbelsin olduğu güman edilən bir meyidin məhkəmə tibbi ekspertizasına dair akt əksini tapıb.

Sənədlər və fotolar alman diktatorun intihar etdiyi versiyasını təsdiqləyir. Hitlerin dişlərini müalicə edən diş həkimi onun dişlərinin yerləşməsi barədə danışıb. Bu əlamətlərə əsasən meyitin məhz ona aid olmasına heç bir şübhə yeri qalmır.

Bundan sonra diktatorun qalıqları dəfn edilib. Özü də yalnız bir dəfə yox...(teleqraf.com)

© AzNews.az