Onun bu maraqlı məşğuliyyəti artıq Twitterdə gündəm yaradıb. Onun bu maraqlı məşğuliyyəti artıq Twitterdə gündəm yaradıb.

Ev dustağı evinin qarşısında dəb şousu göstərdi, polisləri güldürdü - FOTO

Onun bu maraqlı məşğuliyyəti artıq Twitterdə gündəm yaradıb.

Noyabrın 30-da Kiyevin Peçerski rayon məhkəməsi seks qalmaqalının təşkilinə görə Vladimir Petrovu ev həbsinə məhkum edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Vladimir evdə heç darıxmır, hətta bu həbsini moda şousuna çevirməyi də bacarıb. Onun bu maraqlı məşğuliyyəti artıq Twitterdə gündəm yaradıb.

Vladimir Petrovu polis idarəsində iqtisadiyyatın müdafiəsi departamentinin rəisi Aleksandr Varçenkoya qarşı seks-qalmaqal təşkil etməkdə ittiham edirlər. Məhkəmənin qərarına əsasən, o, yanvarın 28-ə kimi ev dustaqlığında qalacaq.

Lakin Kiyevdə ev dustaqları üçün nəzərdə tutulmuş əlavə bilərzik qalmadığından, polislər hər gün onun şəklini çəkmək üçün evinə gəlir.

“Ev həbsində qaldığım dövrdə mən çoxlu kitab oxuya, ingilis dilini öyrənə, sinə və qol əzələlərimi gücləndirmək üçün idman edə bilərdim. Lakin mən bunların heç birini etməyərək, mənə edilən haqsızlığa görə, kresloda oturaraq dərd çəkmək qərarına gəldim”, - Vladimir belə deyib.

Dekabrın sonlarına yaxın o, nəhayət ki, darıxmağa başlayır və ağlına geyim şousu göstərmək gəlir. O, hər gün polislərlə görüşmək üçün qapının qabağına fərqli, məzəli geyimlərdə çıxır.

Hələlik, geyimlərini, aksesuarlarını təkrarlamayıb, hər dəfə fərqli look-da görünməyi bacarıb. Amma fantaziyası nə vaxt tükənəcək, bu, bilinmir. Amma geyimləri hələ 2 ay da şou göstərməyə bəs edəcək.

Hazırda sosial şəbəkədə onu 8 minə yaxın şəxs izləyir.

Fəridə Abdulla

AzNews.az

image description image description image description image description