Çinli alimlər bitkilərin tələf olmasını “Ay gecəsi” hadisəsi ilə izah edib. Çinli alimlər bitkilərin tələf olmasını “Ay gecəsi” hadisəsi ilə izah edib.

Ayda yetişdirilən bitkilər məhv olub

Çinli alimlər bitkilərin tələf olmasını “Ay gecəsi” hadisəsi ilə izah edib.

Bəşər tarixində ilk dəfə olaraq Ayda, süni ekosistemdə yetişdirilmiş toxumlar tələf olub.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bir neçə gün əvvəl Çinin Ayın əks tərəfinə enən “Çanye-4” zondunda kartof, pambıq və digər bitkilərə aid toxumların yetişdirilməsi ilə bağlı eksperiment aparılırdı.

İlk mərhələdə təcrübə kifayət qədər uğurlu olmuşdu, hətta pambıq toxumlarının cücərdiyi xəbəri yayılmışdı.

Çinli alimlər bitkilərin tələf olmasını “Ay gecəsi” hadisəsi ilə izah edib. Belə ki, bu hadisə baş verən zaman temperatur kəskin şəkildə - mənfi 170 dərəcəyə qədər düşə bilir.(oxu.az)

© AzNews.az