Qədim pandanın dərin dərəyə düşərək öldüyü ehtimal edilir Qədim pandanın dərin dərəyə düşərək öldüyü ehtimal edilir

Alimlər yeni panda növü aşkarladı - FOTO

Qədim pandanın dərin dərəyə düşərək öldüyü ehtimal edilir

Çində aparılan arxeoloji qazıntılar zamanı təxminən beş min il əvvəl yaşamış heyvanın qalıqları tapılıb.

“The Mirror” nəşrinin yazdığına görə, aparılan araşdırmalar nəticəsində həmin canlının bu vaxta qədər elmə məlum olmayan panda növü olduğu ortaya çıxıb.

Tədqiqatçılar nəhəng ölçülü qədim pandanın hazırkı pandaların məskunlaşdığı meşəlik ərazidən kilometrlərlə uzaqda, dərin dərəyə düşərək öldüyünü ehtimal edir.

Omba sümüyü soyuq və qaranlıq şəraitdə minillər ərzində yaxşı vəziyyətdə qaldığından alimlər ondan DNT nümunəsi hasil edə bilib. Bunun sayəsində beynəlxalq tədqiqat qrupu canlının tam genomunu hazırlayaraq, onun əsasında skeletini yenidən qurub.(oxu.az)

AzNews.az

image description image description