“Liverpul” yeni baş məşqçisini açıqladı

İngiltərənin “Liverpul” komandasının yeni baş məşqçisi bəlli olub.

AzNews.az xəbər verir ki, Mersisayd təmsilçisinə "Bornmut"dan ayrılan Andoni İraola təyin olunub. Tərəflər arasında bağlanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, “Liverpul”u son olaraq Arne Slot çalışdırıb. Niderlandlı mütəxəssis mayın 30-da istefaya göndərilib.