- Qərb
- 01:05
- 1 429
Tramp: "ABŞ həm Ukraynanı, həm də Rusiyanı sülh üçün güzəştə getməyə çağırır"
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülhə nail olmaq üçün hər iki tərəfin müəyyən güzəştlərə getməsinin vacib olduğunu bildirib.
Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp Vaşinqtonun həm Moskvanı, həm də Kiyevi kompromisə çağırmağa davam etdiyini vurğulayıb.
“Mən istəyirəm ki, onların hər biri müəyyən güzəştlərə getsin. Düşünürəm ki, onlar bunu edəcəklər”, – deyə Tramp bildirib.
Trampın sözlərinə görə, münaqişənin sona çatması üçün tərəflərin qarşılıqlı addımlar atması və danışıqlar yolu ilə ortaq məxrəcə gəlməsi zəruridir. ABŞ administrasiyası hesab edir ki, davamlı sülh yalnız kompromis və diplomatik həll yolu ilə mümkündür.
Mövsüm,
AzNews.az