Putin: Rusiya iqtisadiyyatı hədəf göstəricilərinə inamla qayıdır

Rusiya Prezidenti Vladimir Putin TASS agentliyinin təşkil etdiyi aparıcı dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə ölkə iqtisadiyyatının sabit artım nümayiş etdirdiyini və hədəf göstəricilərinə doğru inamla irəlilədiyini bildirib.

Putinin sözlərinə görə, Rusiya iqtisadiyyatı tam olmasa da, müəyyən edilmiş məqsədlərə doğru uğurla qayıdır.

“İqtisadiyyat hədəf göstəricilərinə qayıdır. Hələ tam şəkildə olmasa da, bu proses inamla gedir. İqtisadi artımın 5,4 faiz olması artıq yaxşı nəticədir”, – deyə Rusiya lideri vurğulayıb.

Putin həmçinin Rusiya iqtisadiyyatında ciddi problemlərin olduğu barədə iddiaların şişirdildiyini qeyd edib.

“Bütün məsələlər real rəqəmlər, faktiki tendensiyalar və iqtisadiyyatın həqiqi vəziyyəti əsasında qiymətləndirilməlidir. Rusiya iqtisadiyyatı ilə bağlı yayılan bəzi mənfi fikirlər həddindən artıq şişirdilir”, – deyə o əlavə edib.

Rusiya prezidenti ölkə iqtisadiyyatının xarici təzyiqlərə baxmayaraq dayanıqlılığını qoruduğunu və inkişaf tempini saxladığını bildirib.

Mövsüm,

AzNews.az