- Dünyanın halı
- 00:11
- 1 562
Mirziyoyev Özbəkistanda AES tikintisinə başlanmasını tarixi bir gün adlandırıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sankt-Peterburq yaxınlığındakı Konstantinovski sarayında Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ölkəsində Atom Elektrik Stansiyasının (AES) tikintisinə başlanılmasını tarixi hadisə adlandırıb.
Mirziyoyev bildirib ki, layihə hibrid formatda həyata keçiriləcək və həm kiçik, həm də iri güclü enerji bloklarını əhatə edəcək.
“Bu gün tarixi gündür. Hibrid stansiya olacaq. İki kiçik və iki böyük modeldən ibarətdir. Siz dediyiniz kimi, biz bu mərhələyə uzun yol keçərək gəldik. Uzun müddət müzakirələr apardıq, fikir ayrılıqlarımız oldu, amma sonda ən doğru qərara gəldik”, – deyə Özbəkistan lideri bildirib.
Mirziyoyev həmçinin qeyd edib ki, 2026-cı ilin yekunlarına görə Rusiya ilə Özbəkistan arasında ticarət dövriyyəsinin daha da artacağını gözləyir.
Onun sözlərinə görə, enerji, sənaye və investisiya sahələrində əməkdaşlığın genişlənməsi iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafına əlavə təkan verəcək.
Mövsüm,
AzNews.az