- Rusiya və İran
- 00:17
- 1 733
Lavrov: Zelenski və Avropa bu reallıqları qəbul etmək istəmir
"Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa ölkələri Rusiyanın nəzarətinə keçən yeni əraziləri tanımaq niyyətində deyil və gələcəkdə onları hərbi yolla geri qaytarmağa çalışırlar".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT Arabic telekanalına müsahibəsində bu barədə qeyd edib.
Lavrovun sözlərinə görə, Ukraynanın cənub-şərqində və Donbasda formalaşmış mövcud reallıqların tanınması məsələsində Kiyev sərt mövqe nümayiş etdirir.
“Zelenski açıq şəkildə bəyan edib və Avropa da onu dəstəkləyir ki, onlar heç nəyi tanımayacaqlar. Onların mövqeyi ondan ibarətdir ki, müharibə dayandırılacaq, qüvvələr yenidən toparlanacaq və daha sonra həmin əraziləri geri almaq üçün hərbi əməliyyatlar davam etdiriləcək”, – deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri iddia edib ki, Kiyevin məqsədi həmin ərazilərdə mövcud hakimiyyət modelini yenidən bərpa etməkdir.
Lavrovun açıqlamaları Moskva ilə Qərb arasında Ukrayna münaqişəsinin gələcək nizamlanması ilə bağlı fikir ayrılıqlarının davam etdiyini bir daha göstərir.
Mövsüm,
AzNews.az