Parkda ilboyu sabit temperatur mənfi 2 dərəcəyə bərabər olacaq Parkda ilboyu sabit temperatur mənfi 2 dərəcəyə bərabər olacaq

BƏƏ-də dünyanın ən böyük qış parkı açılacaq

Parkda ilboyu sabit temperatur mənfi 2 dərəcəyə bərabər olacaq

2020-ci ildə Birləşmiş ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə dünyada ən böyük örtülü tematik qış parkının açılması planlaşdırılır.

BƏƏ KİV-ləri xəbər verir ki, yeni park Reem adasında 11,6 min kvadratmetr sahədə yaradılacaq və dəyəri 1,2 milyard dollar olan möhtəşəm “ReemMall” pərakəndə satış layihəsinin tərkib hissəsinə çevriləcək.

“Qarlı” parkın ərazisində bir neçə zona üzrə paylanmış 13 attraksion, “Blizzard's Bazaar” adlı bazar, buzlu labirintlərlə dolu qış bağı, habelə ecazkar qış meşəsində yaşayan heyvanların fiqurları ilə bəzədilmiş “Crystal Carousel” fəaliyyət göstərəcək. Bütün parkın başı üzərində ucalan “sehrli” ağac parkın mərkəzi elementi olacaq.

Parkda ilboyu sabit temperatur mənfi 2 dərəcəyə bərabər olacaq.(AZƏRTAC)

AzNews.az