Saturnun bütün peyklərinin diametri beş kilometrə yaxındır Saturnun bütün peyklərinin diametri beş kilometrə yaxındır

Saturn Yupiteri üstələyərək rekordçu oldu

Saturnun bütün peyklərinin diametri beş kilometrə yaxındır

Karneqi İnstitutundan olan amerikalı astronavtlar qrupu Saturnun 20 yeni peykini aşkar edib. Beləliklə, qaz nəhəngi Günəş sisteminin peyklərin sayına görə rekordçusu oldu.

AzNews.az-ın məlumatına əsasən, alimlərin bu kəşfindən sonra məlum oldu ki, Saturnun ətrafında 82 peyk fırlanır. Yupiterin ətrafında isə 79 peyk dövr edir və əvvəllər bu planet rekordçu hesab olunurdu.

Qeyd edək ki, Saturnun bütün peyklərinin diametri beş kilometrə yaxındır. Onların dövr etmə müddəti 2-3 il təşkil edir.

Hazırda alimlər yeni cisimlərə ad düşünürlər və saytda müsabiqə elan ediblər. Müsabiqə 2019-cu ilin dekabrın 6-a kimi davam edəcək. Qaydalara əsasən, adlar inuit, skandinav və qall mifologiyasından götürülməlidirlər.

AzNews.az