Dünyanın ən sərxoş azarkeşi stadiona daxil olmaq istədi - VİDEO

Təhlükəsizlik xidməti azarkeşi oyuna buraxmayıb

Avropa Çempionatının təsnifat mərhələsində Rumıniya millisi ilə Farer adalarının görüşü 3:0 – rumınların xeyrinə bitib.

Matçdan öncə güman ki, spirtli içkilərin yüksək təsiri altında olan azarkeş stadiona daxil olmağa çalışıb.

Rumın jurnalistin çəkdiyi videodan görünür ki, həmin oğlan heç harada olduğunu, nə etdiyini belə dərk etməyib.

Təhlükəsizlik xidməti azarkeşi oyuna buraxmayıb.

Xarici KİV həmin şəxsə "dünyanın ən sərxoş azarkeşi" adını yaraşdırıb. (oxu.az)

AzNews.az