"Bəzən yanıma gəlib, üzümə də deyirlər" "Bəzən yanıma gəlib, üzümə də deyirlər"

Ayağı kəsilən qıza əxlaqsız mesaj: "Təcavüz etmək daha asan olacaq" - FOTO

"Bəzən yanıma gəlib, üzümə də deyirlər"

Sümük xərçənginə görə bir ayağı amputasiya olunan qız bu cür insanlara diqqət çəkmək üçün sosial media hesabında şəklini paylaşıb.

AzNews.az xəbər verir ki, Avstraliyanın Melburn şəhərində yaşayan 27 yaşlı Şeri Luis ayna qarşısında çəkdiyi şəklini "Twitter" səhifəsində izləyiciləri ilə bölüşüb.

Şeri 2400 izləyicisindən həmin tvitin altına yaşlarını və həyatda heç vaxt edə bilməyəcəkləri şeyi yazmaqlarını istəyib. Özü isə yaşını və heç vaxt ayaqlarını çarpaz edə bilməyəcəyini yazıb.

Lakin gənc qadın insanlar tərəfindən heç gözləmədiyi reaksiya ilə qarşılaşıb. O, təhqirlərə və təhdidlərə məruz qalıb. Şəkildə bir ayağının olmadığı görünən qadına bir nəfər bunun onu güldürdüyünü yazıb və ondan ayaqlarını niyə çarpaz edə bilməyəcəyini soruşub.

Şeri Luisə dəstək olan minlərlə insanla yanaşı onu alçaldanlar da olub.

Fotoya gələn “Üz: 10/10. Gövdə: 9/10. Ayaqlar: 1/2; Bir ayağın olmadığı üçün təcavüz etmək daha asan olacaq” tipli şərhlər minlərlə insan tərəfindən tənqid və şikayət edilib.

Şeri Luis məsələ ilə bağlı açıqlamasında bu kimi mesajların saxta profillərdən yazıldığını bildirib və sözlərinə belə davam edib:

“Mənim üçün bunların heç biri yeni deyil. Həyatım boyu bu tipli hadisələrə məruz qalmışam. Üstəlik təkcə internetdə də yox. Küçədə yanımdan keçib gedən adamların arxamca danışdıqlarını da eşidirəm. Bəzən yanıma gəlib, üzümə də deyirlər. Artıq bu cür sözlərə öyrəşmişəm, əvvəlki kimi pis olmuram. Amma bu onları başa düşürəm demək deyil”.

Pərvanə

AzNews.az