Onun 2020-ci ildə yenidən apellyasiyaya müraciət edəcəyi deyilir Onun 2020-ci ildə yenidən apellyasiyaya müraciət edəcəyi deyilir

16 yaşında evlənən qadın: "Dostları təcavüz edirdi, ərim də gülərək izləyirdi" - FOTO

Onun 2020-ci ildə yenidən apellyasiyaya müraciət edəcəyi deyilir

ABŞ-ın Ohayo ştatında baş vermiş hadisə və təfərrüatları izləyənləri dəhşətə gətirib.

AzNews.az "Daily Mail"ə istinadən xəbər verir ki, Netflixdə yayımlanan "Cinayət+İstintaq" (Crime+Investigation) verilişinin bugünkü bölümündə 16 yaşında evlənib, həyat yoldaşını öldürən Linda Kouçdan bəhs edilib.

Ərini soyuqqanlılıqla qətlə yetirən qadının danışdıqları hər kəsin diqqətini cəlb edib.

"Gənc idim və aşiq olduğumu düşünürdüm. İndi kaş ki, onunla heç tanış olmayaydım deyirəm", - deyə L. Kouç bildirib.

O, bu evliliyin həyatının səhvi olduğunu ilk hamiləlik dövründə anladığını deyib. Qızı Roksanaya hamilə olanda xoşbəxt həyatının bir anda drama çevrildiyini bildirən qadın bətnində uşaq olanda ərinin onu pilləkənlərdən itələdiyini söyləyib.

"Bütün həyatımın onun əlində olduğunu deyirdi. Hər dəfə mən ağlayanda hər şey daha da pisləşirdi. Mən kifayət qədər gözəl deyildim. Artıq çıxılmaz vəziyyətdə olduğumu düşünməyə başlamışdım".

O, həyat yoldaşı Uolterin dostları ilə əyləndiyini, hətta onlarla eyni otaqda gecələdiyini deyib:

"Gözlərimi açdığımda ətrafımda dayanmışdılar. Məndən nə istədikləri aydın idi. Onları rədd edə bilmədim... Ərim də daxil olmaqla, hamısının təcavüzünə uğradım. Qəhqəhə çəkirdilər. Uolter də gülərək izləyirdi".

Bu dəhşətləri yaşayan Linda özü üçün çıxış yolu axtarıb. Artıq dözə bilməyəcəyini başa düşən qadın ərini öldürməyi planlaşdırıb. Onu öz silahı ilə başından güllələyib. Daha sonra isə polisə təslim olmaq əvəzinə tamamilə fərqli hərəkət edib. Cəsədi həyətdə basdırdıqdan sonra özünə qaçış planı hazırlayıb

Linda əvvəlcə banklardan bir neçə kredit götürüb. O, evlərini də adına keçirdikdən sonra tətilə çıxıb. Hər şey məlum olduqdan sonra həbs edilən Lindaya ömürlük həbs cəzası verilib.

Məhkəmə həbsxanada altı dəfə apellyasiyaya müraciət edən Lindanın şikayətinə baxmaqdan imtina edib. Qızı Roksana anasının həbsxanadan çıxa bilməsi üçün heç nə etməməklə yanaşı, baş verənlərə görə Lindanı günahlandırıb. Onun yaxın müddət ərzində də həbsdən çıxması gözlənilmir.

Linda Kouçun 2020-ci ildə yenidən apellyasiyaya müraciət edəcəyi deyilir.

Pərvanə

AzNews.az