"Bizim necə xoşbəxt olduğumuzu gördü və olanları qəbul etdi” "Bizim necə xoşbəxt olduğumuzu gördü və olanları qəbul etdi”

Ata qızının sevgilisinə aşiq olub, 32 illik münasibətini bitirdi - FOTOLAR / VİDEO

"Bizim necə xoşbəxt olduğumuzu gördü və olanları qəbul etdi”

İngiltərənin ilk həmcinsli valideynləri – ataları 32 illik münasibətlərini sonlandırıblar.

AzNews.az "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb atalardan birinin qızının sevgilisinə aşiq olması olub.

Hazırda 50 yaşlı Barri Dryuit-Barlou boşandığı 55 yaşlı əri Toni, 5 uşağı və 25 yaşlı yeni sevgilisi Skot Hatçison ilə birlikdə yaşayır.

Biseksual olan S.Hatçison əvvəllər cütlüyün 19 yaşlı qızı Safronla münasibətdə olub.

Dryuit Toni ilə sevgilidən dosta çevrildiklərini bildirib. O, qızı ilə Skotun çoxdan ayrıldığını deyib və qeyd edib ki, Safron bunu öyrənəndə birinci əsəbiləşib:

"Əlbəttə əvvəlcə əsəbiləşdi, amma Toni ona dedi ki, gör Skot ata ilə necədir, onun atandan xoşu gəlir. Safron bizim necə xoşbəxt olduğumuzu gördü və olanları qəbul etdi".

Əslən Esseksdən olan ailə indi Florida ştatında yaşayır. Uşaqlar Toni və Dryuit-Barlounu "ata", S. Hatçisonu isə "ögey ata" adlandırırlar.

Dryuit-Barlou və əri Toninin əkizləri Safron və Aspen 1999-cu ildə surroqat ana vasitəsilə dünyaya gəlib. Bununla da onlar İngiltərənin ilk gey ataları olub.

40 milyon funt sterlinq dəyərində var-dövləti olan cütlük başqa surroqat ana və yumurta donorlarından istifadə edərək beş uşaq sahibi olub.

Övladlarının doğum şəhadətnamələrində ikisinin də adının ata kimi qeyd olunması üçün məhkəməyə müraciət edib, icazə ala bilən ilk cütlük 2014-cü ildə İngiltərədə qanuni şəkildə evləniblər.

Əkizlər Safron və Aspenin gələn ay 20 yaşı tamam olacaq.

Hər ər əkizlərdən birinin atasıdır, buna görə də onlar eyni vaxtda anadan olsalar da, əslində tam bacı-qardaş sayılmırlar.

Lakin Aspenin 16 yaşlı Orlando adlı bir əkizi var. Belə ki, laboratoriyada Aspenin embrionu iki hissəyə bölünüb. Donna adlı surroqat ananın bətninə yerləşdirilməzdən əvvəl Orlando dörd il müddətinə dondurulub.

Donna, doqquz il əvvəl doğulmuş cütlüyün ikinci əkizləri üçün yenidən surroqat rolunu oynayıb.

Dryuit-Barlou yumurtalar üçün braziliyalı modelə 35.000 funt sterlinq ödəyib.

Pərvanə

AzNews.az