Dietoloqlar sirri açdılar: 40 yaşdan sonra qarında piyin yığılmağının qarşısını almaq olar

Bir sıra tövsiyələrə riayət edildiyi halda 40, 50 və 60 yaşdan sonra da gözəl formada qalmaq olar

San-Dieqodakı Kaliforniya Universitetinin dietoloqları 40 yaşdan sonra yaxşı formada qalmaq üçün riayət edilməli bəzi qaydaları açıqladılar.

Mütəxəssislər bildirirlər ki, 39 yaşına qədər sağlam insan bəzən fastfuddan və digər yüksək kalorili məhsullardan həddini aşmadan istifadə edə bilər. Lakin 40 yaşdan sonra maddələr mübadiləsi tədricən zəifləyir. Əgər şəxs idmanla məşğul olmazsa, zərərli qidaya olan “sevgi” çox tezliklə qarında xoşagəlməz piy hissəciklərinin yığılmağına gətirib çıxara və bunun da nəticəsi olaraq, sağlamlıqda problemlər yarana bilər.

Dietoloqlar əmindirlər ki, bir sıra tövsiyələrə riayət edildiyi halda 40, 50 və 60 yaşdan sonra da gözəl formada qalmaq olar. Amerikalı mütəxəssislər həftədə iki dəfə kiçik paylarla qırmızı ət yemək məsləhət görürlər. Bu, əzələ kütləsini artırmağa, qadınlara isə orqanizmdə dəmir çatışmazlığının qarşısını almağa kömək edir.

Vegetarian pəhrizinin tərkibinə taxıl, meyvə və ispanaq, kələm və s. kimi yaşıl yarpaqlı tərəvəzlər daxil edilməlidir. Bununla yanaşı isə zərərli karbohidratları qidanın tərkibindən çıxarmaq lazımdır.

50 yaşdan sonra qanda şəkərin miqdarını stabil saxlayan və damarlarda zərərli çöküntülərin yığılmağının qarşısını alan qida məhsullarına üstünlük vermək lazımdır.Bu cür məhsulların tərkibində minimum xolesterin, karbohidrat, lakin çoxlu miqdarda sellüloza olmalıdır.

Eyni zamanda qoz, zeytun yağı, balıq (ürək üçün faydalı olan omeqa-3 yağ turşuları) və yağsız süd məhsulları istifadə etmək tövsiyə olunur. (oxu.az)

AzNews.az