Xocalıya növbəti köç olub

Mayın 26-da Xocalı rayonuna növbəti köç olub.

Aznews.az xəbər verir ki, bu gün rayonun 5 kəndinə ümumilikdə 29 nəfərdən ibarət 9 ailə qayıdıb.

Köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim olunub. Köç prosesi çərçivəsində Xanabad kəndinə 2 ailə olmaqla 9 nəfər, Badara kəndinə 2 ailə olmaqla 4 nəfər, Ballıca kəndinə 1 ailə olmaqla 1 nəfər, Təzəbinə kəndinə 1 ailə olmaqla 3 nəfər, Xanyurdu kəndinə isə 3 ailə olmaqla 12 nəfər köçürülüb. Sakinlər tam bərpa olunan və müasir infrastrukturla təmin edilən evlərində məskunlaşıblar. Köçürülən ailələr dövlətin yaratdığı şəraitdən məmnunluqlarını ifadə edərək, doğma yurdlarına qayıtmağın sevincini yaşadıqlarını bildiriblər.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi davam etdirilir.

image description image description image description