İranın dondurulmuş vəsaitləri ABŞ ilə danışıqlarda əsas maneə olaraq qalır

İranın dondurulmuş vəsaitlərinə çıxış məsələsi ABŞ ilə aparılan danışıqlarda son ciddi maneə hesab olunur və hazırda bu məsələ Qətərin vasitəçiliyi ilə həll edilməyə çalışılır.

"Fars News" agentliyi bu barədə məlumat yayıb.

Danışıqlara yaxın mənbənin sözlərinə görə, əsas mübahisə Tehranın danışıqlar başlamazdan əvvəl bloklanmış aktivlərə hansı mexanizmlə çıxış əldə edəcəyi ilə bağlı olub.

Məlumatda qeyd edilir ki, bu xəbərlə bağlı hələlik rəsmi təsdiq verilməyib.

Mövsüm,

AzNews.az