- Maraq dairəsi
- 3 Dekabr 2019 12:31
- 6 191
Sosial şəbəkələrə girdi, işdən qovuldu
Məhkəmə tərəfindən "işəgötürənin etibarından sui-istifadə" olaraq qiymətləndirilib
Bir gənc üç il çalışdığı şirkətdən sosial mediadan istifadə etdiyinə və onlayn oyunlar oynadığına görə qovulub.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, şirkətə məxsus kompüterdən şəxsi işləri üçün istifadə etdiyinə görə məhkəməyə verilib.
Ondan təzminat alınacağı deyilib.
Təqsirləndirilən şəxs işəgötürənin qərarına etiraz edərək məhkəməyə müraciət edib. Hakim işçinin bu davranışını "işəgötürənin etibarından sui-istifadə" olaraq qiymətləndirib.
Qeyd edək ki, həmin gənc təzminat ödəməkdən azad olunub.
Səidə Vahid
AzNews.az