Azərbaycanlıya Pentaqonda yüksək vəzifə verildi - FOTO

Onun namizədliyi ABŞ Senatı tərəfindən 22 noyabr 2019-cu il tarixində təsdiq olunub

Azərbaycanlı Pentaqonda yüksək vəzifəyə təyin olunub.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı məlumatı diaspor üzrə ekspert Elnur Eltürk sosial şəbəkədə yayıb.

O bildirib ki, ABŞ-da yaşayan həmyerlimiz, əslən Nehrəm kəndindən olan Nəimi Amiral ABŞ ordusunda yüksək vəzifəyə təyinat alıb.

Onun namizədliyi ABŞ Senatı tərəfindən 22 noyabr 2019-cu il tarixində təsdiq olunub.

Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək. (Oxu.az)

AzNews.az